Sizin Reklam Burada

Qaraxan Yaqubov ilə görüş keçirilib

Qaraxan Yaqubov ilə görüş keçirilib10 avqust 2024-cü il tarixində saat 12:00-da Marneulidə yerləşən "Tea House"da "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi"nin prezidenti, kimya və əczaçılıq elmləri doktoru Qaraxan Əkbəroğlu Yaqubov ilə görüş keçirildi.

Tədbirdə Bakı, Marneuli, Bolnisi və Dmanisidən qonaqlar, ziyalılar, gənc şairlər və yazıçılar, dövlət və hökumət nümayəndələri, müəllimlər və aşıqlar iştirak etdilər.

Görüşün açılışını "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədov etdi. Tədbirin aparıcılığını edən professor Mahmud Kamaloğlu Qaraxan Yaqubov haqda iṣtirakçılara geniṣ məlumat verdi. Daha sonra Marneuli meri Kənan Ömərov tədbir iştirakçılarına Gürcüstanın mədəni inkişafı və dostluq münasibətləri barədə fikirlərini bildirdi. Sabiq deputat Ruslan Hacıyev mədəniyyətimizin inkişafı və belə tədbirlərin digər bölgələrdə keçirilməsinin vacibliyini vurğuladı.

Qaraxan Əkbəroğlu Yaqubov öz çıxışında yaradıcılığı və elmi nailiyyətləri haqqında geniş məlumat verdi. Çıxışlar arasında aşıqlar Kamandar Lətifoğlu, Əfqan Şamilov və Aşıq Ramin Qarayevin ifaları, şair Rövşən Nəsiboğlu və jurnalist Nizami Məmmədzadənin şairin əsərləri barədə fikirləri təqdim edildi. Tədbirin sonunda "Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi" tərəfindən fəxri adlar və diplomlar aşağıdakı şəxslərə təqdim olundu:

Kənan Ömərov
Ruslan Hacıyev
Emin Əhmədov
Kamran Kiryakov
Mahmud Kamaloğlu
Vaqif Səyyah
Aşıq Ramin Qarayev
Eflatun Kamandaroğlu
Tahir Qaralov
Kamran Xıdırov
Tədbirin yekununda xatirə şəkili çəkildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər