Ofeliya Sənani infarkt keçirdi
Dərc olunub:
16-07-2024, 12:09
Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
O.Sənani artıq evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:
"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".