"Uzaq sahillərdə" filminin "Anjelika"sı dünyasını dəyişdi
Dərc olunub:
3-06-2024, 07:13
Sovet kinosunun tanınmış aktrisası Aqniya Borisovna Yelekoyeva iyunun 2-də vəfat edib.
Aktrisa 95 yaşında dünyasını dəyişib.
Yelekoyeva aktyorluq təhsilini Ostrovski adına Leninqrad Teatr İnstitutunda alıb. O, 1952-1985-ci illərdə Leninqrad Lensovet Teatrının aktrisası olub.
O, ilk dəfə 1953-cü ildə “Moskvada bahar” filmində rol alıb. Daha sonra “At milçəyi”, Azərbaycan filmi “Uzaq sahillərdə”, “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet” və s. ekran əsərlərində çəkilib.
Aktrisa sonuncu dəfə 1990-cı ildə "Hüquqşünas" serialında çəkildikdən sonra ABŞ-yə köçüb.