Sizin Reklam Burada

"Qardaş musiqilər, qardaş rəqslər və qardaş ədəbiyyatlar layihəsi” çərçivəsində tədbir keçirilib

Bu günlərdə Türkiyənin Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qardaş musiqilər, qardaş rəqslər və qardaş ədəbiyyatlar layihəsi” çərçivəsində Ankarada fəaliyyət göstərən Məmməd Əmin Rəsulzadə adına Anadolu Liseyinin bir qrup yuxarı sinif şagirdi və onları müşayiət edən müəllim heyəti Bakı Türk Anadolu Liseyinin qonağı olub.

Səfər çərçivəsində qonaqlar bir həftə ərzində Bakının gəzməli, görməli və tarixi yerləri ilə tanış olub, İçərişəhər, Dənizkənarı Park, Atəşgah və s. yerləri ziyarət edib. Maraqlı cəhət burasıdır ki qonaq gəlmiş hər bir şagird səyahət etdikləri günlərdə ayrı-ayrılıqda öz həmyaşıdlarının ailələrinin tərkibində yaşamış və onların qonağı olub. Bu isə canı bir, qanı bir həmyaşıdlarının qarşılıqlı olaraq həyat və məişət şəraitləri barədə müəyyən bilgilərə sahib olmaqda yardımçı olub.

Ziyarətin ən maraqlı anları Bakı Anadolu Türk Liseyində yaşanıb. Liseyin bayramsayağı bəzədilən geniş idman salonu tədbirə qatılan valideynlər, müəllimlər və dəvət edilən qonaqlarla dolu idi. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və hər iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Bakı Anadolu Türk Liseyinin müdürü Abdullah Yılmaz açaraq Ankaradakı M. Ə. Rəsulzadə adına Anadolu Liseyindən gəlmiş qonaqları təbrik nitqi ilə salamlayıb. Sonra söz M.Ə. Rəsulzadə adına Anadolu Liseyinin müdürü Taylan Kayaya verilib. Taylan Kaya, qonaq olduqları günlərdə onlara yüksək qonaqpərvərlik göstərən ailələrə, lisey rəhbərliyinə və təşkilatçılara öz minnətdarlığını bildirib.

Sonra hər iki liseyin şagirdlərinin ifasında qarşılıqlı olaraq geniş mahnı, rəqs və bədii qiraət proqramı dinlənilib.

İştirakçılara hədiyyələr təqdim edilib.

Ziyarət çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Bakıya gələn müəllim və şagirdlərlə görüşüb, onları bu münasibətlə təbrik edərək hədiyyələr təqdim edib.

Qeyd edək ki mayın 20-də Bakı Anadolu Türk Liseyinin bir qrup müəllim və şagirdlərindən ibarət heyətin də Bakıdan Ankaraya cavab səfəri gözlənilir.
"Qardaş musiqilər, qardaş rəqslər və qardaş ədəbiyyatlar layihəsi” çərçivəsində tədbir keçirilib





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər