Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinə direktor təyin olunub
Dərc olunub:
6-04-2024, 11:13
Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyinat olub.
Avrasiya.net xəbər verir ki, bu vəzifəyə Samir Abbasov təyin olunub.
Samir Abbasov bu təyinatadək uzun illər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Prezidentin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.