Sizin Reklam Burada

Efir mədəniyyətindən bixəbər, intellektual səviyyəsi bərbad vəziyyətdə olan aparıcılar...

Efir mədəniyyətindən bixəbər, intellektual səviyyəsi bərbad vəziyyətdə olan aparıcılar...TV rəhbərlərinin bu günlərdə Prezident Administrasiyasına (PA) dəvət olunaraq onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan və ictimai narazılıq, narahatlıq doğuran bir sıra şou, sosial xarakterli verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradların bildirilməsini təqdir edirik. Həmin telekanalların rəhbərlərinə efirlərindəki rəzalətə son qoyulması üçün PA tərəfindən vaxt verilməsi, zənnimcə, hər bir vətəndaşımızın ürəkdən dəstəklədiyi qərardır. Belə ki, sözügedən telekanalların fəaliyyətində və verilişlərin məzmununda qısa zamanda dönüş yaradılmayacağı təqdirdə, onlara qanun çərçivəsində müəyyən sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ciddi tədbirlərin görüləcəyi bildirilir.

Əslində telekanal rəhbərləri yüksək dövlət qurumunun bu məsələyə müdaxiləsini gözləmədən, özləri milli-mənəvi dəyərlərimizə zərbə vuran, gənclərimizə zərərli davranış və düşüncə tərzini aşılayan verilişlərin fəaliyyətinin dayandırılması istiqamətində yubanmadan hərəkətə keçməliydilər. Həmin verilişlərdə bütün tabuların ayaqlar altına atılması, insanların şəxsiyyət və heysiyyətinin alçaldılması, təhqir və ədəbsiz ifadələr işlədilməsi, davaların baş verməsi heç kimə sirr deyil. Efir mədəniyyətindən bixəbər, nitq qabiliyyəti və intellektual səviyyəsi bərbad vəziyyətdə olan aparıcılar və “ekspert”lərin dəyərlərimizə meydan oxuması da göz qabağında idi.

Telekanalların rəhbərlərinin bütün bu rüsvayçılıqlara “reytinq yarışı”, “bazar iqtisadiyyatında özünümaliyyələşdirmə zərurəti”, “cəmiyyət bu cür verilişlərə daha çox maraq göstərir” kimi şablon bəhanələrlə haqq qazandırmağa çalışması bundan sonra işə yaramayacaq. Reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin tüğyan etməsinin yolverilməz olduğu ciddi şəkildə onların diqqətinə çatdırılıb. Telekanal rəhbərləri deyilən iradlarla bağlı ciddi ölçü götürməli, efirlərinin məzmununda və keyfiyyətində əsaslı dönüş etməli, sözügedən verilişlərin televiziya məkanını reytinq xətrinə “qara bazar”a çevirməsinə son qoymalıdırlar.

Biz inanırıq ki, Azərbaycanın televiziya ənənələrinə xələl gətirən “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi əcaib verilişlərin teleradio məkanında hökmranlıq etdiyi dövr tezliklə qapanacaq. Televiziyalarımız Azərbaycanda görülən böyük işlərin təbliğinə xidmət etməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər