Sizin Reklam Burada

“Türk dünyasının dahi şəxsiyyəti” kitabının təqdimatı olub

“Türk dünyasının dahi şəxsiyyəti” kitabının təqdimatı olub Martın 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Bişkekdə Azərbaycan və rus dillərində nəşr edilən “Türk dünyasının dahi şəxsiyyəti” (Velikaya liçnost Tyurkskoqo mira) kitabının təqdimatı olub.

Tədbirdə Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev, akademiklər Yaqub Mahmudov, Nizami Cəfərov və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Azərbaycan Respublikası mədəniyyət nazirliyi TV Radio, interaktiv media sektorunun müdürü Məryəm Qafarzadə, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin V Ərazi şöbəsinin (Türkdilli dövlətlər və Gürcüstan) böyük məsləhətçisi Məmmədov Rəşad və digər məsul şəxslər təqdimatda işttrak ediblər.

Qeyd olunub ki, “Türk dünyasının dahi şəxsiyyəti” kitabının işıq üzü görməsi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin uğurlarını tərənnüm edən mühüm hadisədir. Bu kitab Azərbaycan, türk və qırğız alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri məqalələr toplusundan ibarətdir. Topluya daxil olan məqalələr iki hissədən ibarətdir. Birinci hissəyə Heydər Əliyevi görkəmli dövlət xadimi və müasir Azərbaycanın banisi kimi səciyyələndirən məqalələr daxildir. Məqalələrin ikinci hissəsi isə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının mədəniyyətinin, təhsilinin, ədəbiyyatının inkişafı, mədəni irsinin qorunması və təbliği sahəsindəki fəaliyyətinə həsr olunub.

Qeyd edək ki təqdim edilən kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Azərbaycan və rus dillərində nəşr olunub.

Fondun Prezidenti Nüsrət Məmmədov adıçəkilən kitabın təqdimatını Bişkek şəhərində yüksək dövlət nümayəndələrinin iştirakı ilə keçirib.

Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sehranə Kasimidır.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Respublikanın xalq artisti Gülyaz Məmmədova, əməkdar Artist Elza Seyidcahan, gənc aşıq Elçin Rəşidoğlu Leyla xanım Əliyevanın sözlərinə Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadənin bəstələdiyi İssık Kul mahnısını müxtəlif dillərdə ifa ediblər.

Gənc müğənni Çilenay Hüseynovanın ifasında səslənən “Sən uca zirvəsən” mahnısı alqışlarla qarşılanıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər