Azərbaycanlı bəstəkar Almaniyada vəfat etdi
Dərc olunub:
20-02-2024, 12:56
Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şəripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
Bu barədə tacik jurnalist Odil Nozir məlumat yayıb.
Qeyd edək ki, L.Şəripova 1965-ci ildə Tacikistan SSR-nin xalq artisti, 1978-ci ildə isə Azərbaycan SSR-nin xalq artisti adını alıb.