Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır
Dərc olunub:
14-02-2024, 15:38
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır.
Bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib.
“Ailə üzvləri ilə bu gün əlaqə saxladıq. Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib.
Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.