Bəstəkar Cavanşir Quliyev vəfat edib
Dərc olunub:
12-02-2024, 07:50
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda xəstəxanada vəfat edib.
Bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.
Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.