Aygün Bəylər vəfat etdi - Nazirlik
Dərc olunub:
7-01-2024, 01:16
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan öncə əməkdar artistin vəfat etdiyi barədə xəbər yayılsa da, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təkzib etmiş, sənətçinin saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini bildirmişdi. Buna baxmayaraq, onun süni tənəffüs aparatına qoşulduğu da təsdiqlənmişdi.
Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov isə əməkdar artistin bakıya çatan kimi xəstəxanaya yerləşdiriləcəyini və onun müalicəsinə başlanılacağını demişdi.