Aygün süni tənəffüs aparatında: müalicə edəcəm - Həkimi
Dərc olunub:
7-01-2024, 00:51
Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq.
Avrasiya.net xəbər verir ki, bunu Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a deyib.
Qeyd edək ki, sənətçinin ölüm xəbəri yayılsa da, sonradan Mədəniyyət Nazirliyi xəbəri təkzib edərək onun süni nəfəs aparatına qoşulduğunu və Vətənə gətirildiyini açıqlamışdı.