Sizin Reklam Burada

Gülbahar Şükürlü dünyasını dəyişdi

Gülbahar Şükürlü dünyasını dəyişdiƏməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

Gülbahar Şükürlü uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olaraq təhsilini orada davam etdirib.

16 yaşından qarmon sənəti ilə məşğul olan sənətçi uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova və müğənni Zöhrə Abdullayeva ilə birgə çalışıb.

1993-cü ildə Zöhrə Abdullayevanın təkidi ilə efirə çıxaraq Azərbaycan Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edib və böyük tamaşaçı kütləsinin sevgisini qazanıb.

O, bununla da, davamlı olaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edib.

Yaradıcılıq dövrü ərzində Gülbahar Şükürlü 4 albomu işıq üzü görüb: "Aytac", "Rusif", "Ləman" və "İnanmaram".

7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər