Zeynəb Xanlarova tənqidlərə belə cavab verdi: Allahdan qorxun - Video
Dərc olunub:
5-01-2024, 19:14
Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir.
Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar. Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.
Avrasiya.net-in məlumatına görə, Xalq artisti sosial şəbəkələrdə və mediada səsləndirilən fikirlərə münasibət bildirib.
Sözügedən videonu təqdim edirik: