Sizin Reklam Burada

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunubAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri, Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun “Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitabını nəşr etdirib.

Kitabda Azərbaycan tarixi və coğrafiyası haqqında qısa məlumat verilməklə yanaşı, “Azərbaycan” sözünün ərəb dilində oxunma şəkilləri, mənası və nisbəsi haqqında da bəhs edilib.

Əsərdə, həmçinin 121 mənbəyə istinad edilərək, başda böyük sərkərdə və dövlət xadimi Səlahəddin Əyyubi, Misirdə həkimlərin rəhbəri hesab edilən məşhur həkim Fətullah ibn Nəfis, Misirin baş hakimi Əfzələddin Xunəci, Misirin və Şamın qazısı İbn Qazıəsgər, fiqhin əsasları və ərəb dili qrammatikası üzrə böyük alim İbn əl-Həcib əd-Dvini olmaqla, hicri tarixi ilə II əsrdən X əsrədək elmin müxtəlif sahələrində yazıb-yaratmış yüz alimin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər