"Qəlyan" maskasının altında bu məşhur idi
İctimai TV-də “Maska” şousunun ikinci bölümü yayımlanıb. 12 məşhur maskalıdan verilişdə bu dəfə daha 6-sı (qorilla, qəlyan, alov, cırtdan, kəpənək və xalça geyimlərində - red.) yarışıb. Maskası açılan isə məşhur aparıcı-aktyor Azər Axşam olub.
O, qəlyan maskası ilə “Dəm olmuşam” mahnısını ifa edib. Aktyor maskası açılan zaman “bu geyimdə məni arvadım da tanımazdı” deyərək zarafat edib. Maskası açılmayan digər məşhurlar növbəti yarışlarda iştirak edəcəklər.
Xatırladaq ki, müsabiqənin “dedektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.
Əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq Azərbaycan teleməkanında lisenziya əsasında hər həftənin bazar günü saat 21:00-da İTV-də yayımlanır.