Sizin Reklam Burada

İctimai TV-də “MASKA”nın yayımı başladı!...

İctimai TV-də “MASKA”nın yayımı başladı!...Dünyaca məşhur verilişdə maskalanan kimlərdir?

İctimai Televiziyada dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyasının ilk buraxılışı nümayiş etdirilib. Müsabiqənin “dedektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.

Şounun ilk bölümündə 12 məşhur maskalıdan 6-sı yarışıb. Maskalanmış məşhurlar səhnəyə çıxıb, “dedektivlər” isə maskalı məşhurların ifalarından, dəyişdirdiyi səslərindən, xarici görünüşlərindən və digər ipuclarından axtarışa başlayaraq, onların kim olduğunu müəyyənləşdirməyə çalışıblar.

Verilişin qaydalarına əsasən, səsvermə nəticəsində qalib gələnlər növbəti tura adlayır. Digər maskalılar isə gözləmə otağına keçir və onlardan biri verilişin sonunda səsvermə nəticəsində şou ilə vidalaşır. İlk buraxılışda müsabiqəni tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, “dedektivlər” Güzgü maskanın altında gizlənən məşhurun kimliyini tapa biliblər.

İlk bölümdən izləyicilərin böyük rəğbət və marağına səbəb olan teleşou haqqında artıq sosial şəbəkələrdə (#maskaitv həştəqi ilə izləmək mümkündür - red.) çox sayda müsbət rəylər yazılır.

İzləyicilərini də bir növ detektivə çevirdiyi möhtəşəm şounun hər bölümündə həyəcan dolu anlar böyük marağa səbəb olur. Ölkənin ən sirli və unikal şousu hər həftənin bazar günü saat 21:00-da İctimai TV-də nümayiş etdiriləcək. Bu arada, tamaşaçıların xahişi ilə hər həftənin beşinci günü saat 21.00-da “Maska”nın təkrarı olacaq.

Qeyd edək ki, əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq Azərbaycan teleməkanında lisenziya əsasında İTV-nin efirində yayımlanır


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər