Sizin Reklam Burada

“Kərkük” ilahi qrupu İlahiyyat İnstitutunda - FOTOLAR

“Kərkük” ilahi qrupu İlahiyyat İnstitutunda - FOTOLARBakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birlikdə təşkil etdikləri “İraq türkmanları və türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçısı olan “Kərkük” ilahi qrupu Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, ulu öndər Heydər Əliyevin “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” sözlərini xatırladıb. Rektor bildirib ki, dilimiz, dinimiz, adət-ənənələrimiz, ədəbiyyatımız, mədəniyyətimizin eyni olduğu türkman soydaşlarımızla bağlarımızın daha da yaxınlaşması qürurvericidir.

“Kərkük” ilahi qrupunun üzvü Əli Köprülü çıxış edərək, ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu ifadə edib. Xalqlarımız arasında mövcud olan möhkəm bağları diqqətə çatdıran qonaq Azərbaycanı Vətən bildiklərini, hər zaman ölkəmizin birliyi, bütövlüyü üçün dualar etdiklərini vurğulayıb. O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycana daim mənəvi dəstək olduqlarını da nəzərə çatdırıb.

Daha sonra “Kərkük” ilahi qrupunun ifaları dinlənilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər