Ərsin Tatar Bakıda bu sərgidə iştirak edir
Dərc olunub:
13-10-2023, 11:29
Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində sərgi açılıb.
Avrasiya.net xəbər verir ki, sərgidə Şimali Kiprdə fəaliyyət göstərən təhsil ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil olunurlar.
Eyni zamanda Şimali Kipr mətbəxinə aid müxtəlif təamlar nümayiş etdirilir.
Qeyd edək ki, sərgidə Şimali Kiprin prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Şimali Kiprin Azərbaycandakı təmsilçisi Ufuk Turqaner, iş adamları, deputatlar və media nümayəndələri iştirak edirlər.