"Tatlar" - filmi çəkilib
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Azeri Tat Mədəniyyət Mərkəzi İştimai Birliyin icrasıilə hazırlanıb.
Film tolerant dövlət olan Azərbaycan və onun ərazisində yaşayan azsaylı xalqlardan biri - tatlar barəsindədir. Bu, tatların dünəni, bu günü və mədəni dəyərləri haqqında ekran hekayəsidir.Filmdə iştirak edəcək qəhrəmanların hər biri maraqlı, fərdi və fərqlı həyat hekayələrini ekrana daşıyacaq.
Sənədli filmin çəkilişləri tatların daha sıx yaşadığı regionlarda - kənd və şəhərlərdə planlaşdırılır. Filmdə tatların sosial həyatı, məişət tərzi,folkloru və onların özünəməxsus etimologiyasına işıq tutulacaq.
Həcmi 25 dəqiqə nəzərdə tutlan sənədli filmdə həm də bu xalqın vətən müharibəsindəki xidmətlərindən – iğid oğullarıınını 44 günlük savaşda keçirdiyi döyüş yolundan,şəhid qəhrəmanlarından, müstəqillik uğrunda apardıqları mücadilədən söhbət aşılacaq.
Filmdə Azərbaycanda yaşıyan tatların adət-ənənəsi ,gündəlik məşguliyyəti , xalçaçılıq, miskərlik kimi el sənəti nümunələrindən söhbət açılacaq. Filmdə həm də tatların ziyalıları – elm və sənət adamları,mətbəx mədəniyyəti ,el ağsaqqları,folklor nümunəələri ayrıca yer alacaq.
Filimdə tat dilində şeirlərdən və musiqilərdən istifadə olunması nəzərdə tutulub.
Filmin ssenarisi, rejissoru Ceyhun Şüküroğlu, operatoru Fahir Səmədoölu, redaktoru Nuranə Nur , ideya müəllifi Elman Əhmədovdur .