Sizin Reklam Burada

Kuklaçıların yeni mövsümü

Kuklaçıların yeni mövsümüAzərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də - Bilik günündə özünün 92-ci mövsümünü açıq elan etdi.

Teatrın mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, ilk günü özləri və balaca tamaşaçıları üçün daha da yaddaqalan etmək istəyən yaradıcı heyət “Melisa” adlı tamaşanı teatrsevərlərin ixtiyarına verdilər.
Premyerada azyaşlılarla yanaşı Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də iştirak edirdilər.

Balacaların sevimli yazıçısı Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. Illər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır.

Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.

Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.

Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olundu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər