Sən jurnalistikanı bitirmisən?
Əməkdar artist Cavanşir Məmmədov "Gəl danış" verilişində aparıcı Lalə Azərtaş haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, müğənni Lalə Azərtaşı "kürəkəni" kimi təqdim edilən türk vətəndaşı Mustafa İbilini aparıcısı olduğu verilişdə müdafiə etdiyini iddia edib:
"Burada söhbət kiminsə mənə borcunun olmasından gedir, nikahdan yox. Bu adam kürəkənim olsaydı, ona 100 min yox, 200 min verərdim. Mənə ləkə yaxmaq üçün kürəkənim adıyla efirə çıxdı. "Kürəkənəm" deyirsə, nikah haqqında kağız tələb elə. Yaxud iş adamı kimi sənəd təqdim etsin. Sən (Lalə Azərtaşı nəzərdə tutur – red.) televiziya məkanını sirkə bənzədirsən. Deyirsən ki, "Verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm".
“Xəzər” televiziyasının studiyasını sirkə, yoxsa heyvanxanaya bənzədirsən? Deyirsən ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Sizin xəbəriniz olmaya-olmaya Bakı şəhər Baş Polis İdarəsində cinayət istintaqı aparılıb. Dörd ay məhkəmə davam edib. Deyirsən, Cavanşir müəllim hardan bildi ki, buna iş veriləcək?..
Deyirsən ki, Kamal Mustafaya dələduz deməyin. Niyə, o, “peyğəmbər”dir? Dələduz bəs kimə deyilir?”
O, bizim evin yaxınlığında kirayədə yaşayırdı. Məni Türkiyəyə toya dəvət etmişdi. Ona dedim ki, biz gələ bilmərik, sənin xərcin çox çıxar. Sənin öz toy mərasiminə gələrik. Mənə cavab verdi ki, həyat yoldaşından ayrılıb və övladı var. Səbəbini soruşanda isə həyat yoldaşının ona xəyanət etdiyini açıqladı. Adam həyat yoldaşı haqqında elə deyərmi, sənin övladın böyüyür".
Qeyd edək ki, Mustafa İbili "Təsir dairəsi" verilişində Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi.
Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.