Sizin Reklam Burada

Afaq Bəşirqızı hiddətləndi, Eyvazova müraciət etdi

Afaq Bəşirqızı hiddətləndi, Eyvazova müraciət etdiSon vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər! Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!

Kult.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərlə bağlı danışarkən deyib.

O, aidiyyəti orqanlara səslənib:

“Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.

Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”. Atılan addımların hamısı işsizlikdən, bekarçılıqdan irəli gəlir”.

Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:

“Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm! Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o, heç bir yanlış iş görməyib!

Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb. İndi A.İslamzadəyə Prezident “Şöhrət” ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, guya sən heç bir ad almayacaqdın, sən də eynisən. Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzudan tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır! 44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər