Sizin Reklam Burada

"Nəsimi"ni peşman etməyə çalışırlar

"Nəsimi"ni peşman etməyə çalışırlarAdətən bayram günlərində hər birimiz dua edirik ki, Rəbbimiz hər zaman birliyimizi, bərabərliyimizi, həmrəyliyimizi qorusun, daimi eləsin. Ancaq adi günlərdə isə bəzi soydaşlarımız elə əcaib hərəkətlərə yol verirlər ki, birlik və həmrəylikdən danışmaq ümumiyyətlə mümkünsüz olur. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan, kinomuzun Nəsimisi, Babəki kimi yaddaşlarda iz salan Xalq artisti Rasim Balayevin, eləcə də Xalq şairi Ramiz Rövşənin, habelə Qurban Qurbanov, Məleykə Abbaszadə kimi xalqımıza, ölkəmizə öz sahələrində mühüm xidmətlər göstərən şəxslərin son günlər xüsusi amansızlıqla qaralanması, linç edilməsi də milli birlik və həmrəyliyimizi zədələyən, cəmiyyətimizi mənəvi terrora məruz qoyan, dəyərlərimizi aşındıran, kütləvi çaşqınlıq doğuran hallardan biridir.

Xüsusən də Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilən Rasim Balayevin bəzi müxalif şəxslər tərəfindən hədəfə alınmasının, ona qarşı qaralama kampaniyasına rəvac verilməsinin səbəblərini, motivlərini heç cürə anlamaq mümkün deyil. Böyük sənətkarımız dövlət başçımız tərəfindən ordenlə təltif olunduqdan sonra sosial şəbəkələrin müxalif seqmentində onun ünvanına olmazın hədyanlar yazılmaqdadır. Bəs, sevimli aktyorumuza qarşı bütün bu rəzalətin, “səlib yürüşü”nün səbəbi nədir? Onu nəyə görə gözümçıxdıya salmaq istəyirlər?

Görünən budur ki, ölkə başçısının 75 illik yubileyi qeyd olunan tanınmış aktyorla görüşüb, ona “İstiqlal” ordenini təqdim edərkən, ustad sənətçinin təşəkkür sözləri bəzilərinin ürəyincə olmayıb. Daha doğrusu, Rasim müəllimin Prezidentə xitabən, “Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”, deyə səsləndirdiyi ifadə bəzi siyasi zombilərdə kəskin qısqanclığa səbəb olub. Ona görə də onlar bütün hirs və hikkələrini Rasim Balayevin üzərinə töküb, ona az qala siyasət və tarix dərsi keçməyə çalışırlar. Biri deyir Babəkin bizim xalqa, cəmiyyətə aidiyyatı yoxdur, digəri deyir Xalq artisti Prezidentlə görüş zamanı siyasi məsələləri gündəmə gətirməliydi.

Bir sözlə, hərə bir yandan aktyorun üzərinə virtual hücum çəkib, “sən niyə İlham Əliyevi Babəkə bənzətdin?”, deyə onu peşman etməyə çalışırlar. Sanki müxalifətin indiyə qədər üzləşdiyi bütün uğursuzluqların səbəbkarı Rasim Balayev imiş. Halbuki Rasim Balayevin Prezidenti Babəkə bənzətməsi vaxtilə Babək obrazını filmdə canlandırmış bir aktyor üçün normal haldır. Onun fikirlərində siyasi çalarlar yoxdur ki. Qocaman sənətkarımız torpaqlarımızın işğaldan azad edilməsindən riqqətə gəldiyinə görə Prezidentə öz ürək sözlərini, şükranlarını məhz belə bir bənzətmə ilə çatdırmağı lazım bilib. Buna görə onu linç etmək nə dərəcədə əxlaqi hərəkətdir? Siz Rasim Balayev kimi bir Dəyəri, sənətimizin Metrini aşağılamaqdan necə zövq ala bilirsiniz? Bəyəm siyasi hədəflərinizə çatmaq hissi sizdən bütün mənəvi keyfiyyətlərdən əl çəkməyimi tələb edir?!

Qısqanclığınız sizi elə bir qeyri-adekvat duruma gətirib çıxarıb ki, içinizdən bəziləri hətta Babəki masson da çıxardı. Ay zavallılar, heç olmasa, hərdənbir tarix dərsliklərini bir vərəqləyin, baxın görün Babək hansı əsrdə yaşayıb, massonlar nə vaxt təşkilatlanıb. Özünüzü bu dərəcədə gülünc vəziyyətlərə salmaqdansa və yaşlı bir aktyordan siyasi çıxış gözləməkdənsə, gedin öz işinizlə məşğul olun, öz üzərinizə düşən siyasi görəvləri aktyorun, alimin, şairin, jurnalistlərin üzərinə yükləməyin. Və mənəvi-psixoloji terrora da son qoyun, toplumun ortaq dəyərlərinə çevrilən şəxslərin üzərinə getməyin. Siyasi mübarizəni sağlam müstəvidə aparın.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər