İntiqam Yaşarla Gədəbəydə görüş keçirilib - FOTOLAR
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "İlin gənci" mükafatı laureatı İntiqam Yaşarın rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri ilə görüşü olub.
Avrasiya.net xəbər verir ki, görüş Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin 2023-cü ilin tədbirlər planına uyğun olaraq keçirilib
Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon Heydər Əliyev direktoru Pərviz Bayramov prezidentin gənclər siyasətindən, gənclərə dəstəyindən danışıb.
Görüşdə yeni nəsil ədəbiyyat nümaydələrindən olan İntiqam Yaşarın uğurlarından, rəhbərlik etdiyi və müəllifi olduğu layihələrindən, müxtəlif mövzuları əhatə edən kitablarından bəhs edilib.
Daha sonra İntiqam Yaşar tədbir iştirakçıları ilə müxtəlif ölkələrdə Azərbaycanı təmsil etdiyi layihələri haqqında təssüratlarını bölüşüb. O çıxışında ədəbiyyat, mədəniyyət, mütaliə və s. mövzularına toxunub. Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib.
Daha sonra auditoriyanın suallarını cavablandıraraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.