Sizin Reklam Burada

Tanınmış teleapıcı Space-dən ayrılıb

Tanınmış teleapıcı Space-dən ayrılıbTanınmış teleapıcı, xəbər spikeri Ceyhun Səfərov çalışdığı şirkətlə yollarını ayırıb.

Avrasiya.net xəbər verir ki, bu haqda o, özünün Facebook hesabında yazıb. C.Səfərov Space TV-dən çıxma səbəbini bildirməklə yanaşı, gələcək planlarından da bəhs edib:

“Əziz dostlar və hörmətli tamaşaçılar,

Bir müddət Space TV-də çalışdım. Bu mənim TV işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə Space-dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni Space-də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. Space TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər