Sizin Reklam Burada

Jurnalistlər mükafatlandırılıb

Jurnalistlər mükafatlandırılıb21 iyul 2023-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə görkəmli sənət adamları, media nümayəndələri və İttifaqın əməkdaşları iştirak ediblər.

Giriş sözü ilə tədbiri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıb. O, Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan, onun inkişaf mərhələlərindən danışıb, Milli Mətbuat Günü münasibəti ilə media nümayərdələrini təbrik edib.

Sonra teatr sənətinn inkişafındakı xidmətlərinə görə və Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələri – Həmidə Rüstəmova («Mədəniyyət» qəzeti), Ülviyyə Heydərova (Mədəniyyət TV), Emil Məlikov (AZƏRTAC), Samirə Behbudqızı (Teatro.az portalı), Şəlalə Camal (AzTV) və Cani Babayeva (Trend İnformasiya Agentliyi) İttifaqın Fəxri fərmanı ilə mükafatlandırılıb.

Tədbirdə həmçinin Xalq rəssamı Nazim Bəykişiyevə, İttifaqın beynəlxalq məsələlər üzrə katibi Lalə Məmmədovaya və Bakı Uşaq və Gənclər Teatrının aktrisası

Sovqat Səmədovaya Fəxri fərmanlar təqdim olunub. Fəxri fərman alanlar onlara göstərilən diqqətə görə İttifaqa dərin təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkli çəkilib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər