Sizin Reklam Burada

Ağamirzə Kərimin vəziyyətindən danışdı

Ağamirzə Kərimin vəziyyətindən danışdıUzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərimdən yeni xəbər var.

Lent.az-a açıqlama verən meyxanaçı Ağamirzə bir neçə gün öncə ustad sənətkara baş çəkdiyini bildirib.

“Kərimin vəziyyətində yaxşı heç nə yoxdur. Zorla bir kəlmə deyə bilir, 10 dəfə salam versən, bir dəfə dönüb baxır. Amma əl dəyən kimi qışqırır. Yəqin bədənində ağrılar çoxdur, toxunmaq olmur. Toxunan kimi inildəyir, qışqırır, narahat olur. Ağrılarını qışqırmaqla ifadə edir.

Bildiyimə görə, meyxanaçılardan Mehman Əhmədli hərdənbir baş çəkir ona,dostları yad eləsələr yaxşı olar”, - meyxana ustası deyib.

Bir neçə gün öncə Lent.az -a müsahibə verən meyxanaçı Mehman Əhmədli Kərimin yanına az getməsinin səbəbindən danışanda demişdi: “Adam tanımır, tanısa hər gün gedərəm, darıxmağa qoymaram onu. Yataq xəstəsidir, yanına gedəndə evdəkilər istəyəcək ki, üstünü-başını səliqəyə salsınlar, bu da Kərimi narahat edəcək, ona görə getmirəm”.

Ağamirzə isə bu fikrə cavab olaraq bildirib ki, dostları Kərimə baş çəkməzdən öncə oğluna zəng edib gəldiklərini bildirsələr, heç bir problem olmaz:

“Kərimi yad etmək bizim borcumuzdur. 2 gün sonra bir hacı dostumla yenidən ona baş çəkməyə gedəcəyik”.

Qeyd edək ki, Kərim adı ilə tanınan meyxana ustadı Ağakərim Novruzov bir neçə il öncə insult keçirdikdən sonra yataq xəstəsinə çevrilib. Həkimlər onun bir daha ayağa qalxa bilməyəcəyini söyləyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər