Sizin Reklam Burada

«GÜNAY» UŞAQ TEATRI – 20

«GÜNAY»  UŞAQ TEATRI – 20 «Günay» Uşaq Teatrının 20 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, tanınmış sənət adamları, teatrsevərlər və media nümayəndələri iştirak ediblər.

Böyük maraqla qarşılanan tədbiri griş sözü ilə Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıb. O, «Günay» Uşaq Teatrını yubiley münasibəti ilə təbrik edib, bu teatrın keçdiyi maraqlı və zəngin yaradıcılıq yolundan danışıb. «Günay» Uşaq Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 20 illiyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub. Teatrın bədii rəhbəri Larisa Tarusova təbrikə və yubileyin keçirilməsi üçün teatra yaradılan şəraitə görə İttifaqa dərin təşəkkürünü bildirib.

Təbrikdən sonra təqdim olunan «Çirkin ördək balası» tamaşası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirin ikinci hissəsində teatrın balaca aktyorlarının ifasında müxtəlif səhnəciklərdən, şeirlərdən, mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər