Sizin Reklam Burada

Paytaxtın uşaq evlərinin kollektivləri Tarixi Muzeyi ilə tanış olublar

Paytaxtın uşaq evlərinin kollektivləri Tarixi Muzeyi ilə tanış olublarBakı Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay tətili günlərində paytaxtdakı 1, 2 və 3 nömrəli uşaq evlərində tərbiyə alan uşaqların Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaları təşkil edilib.

Meriyadan Avrasiya.net-ə verilən məlumata görə, tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, xalqımızın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaqları muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.

Təcrübəli bələdçilər uşaqları muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla, həmçinin hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış edib, onların suallarını cavablandırıblar. Uşaqlar muzeydən xoş təəssüratla ayrılıblar.

Yaxın günlərdə uşaqların Heydər Əliyev Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər