Sizin Reklam Burada

"Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq

"Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaqİyunun 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq.

Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərimizin həyatından, taleyindən bəhs olunur.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.
Qeyd edək ki, ötən ayın 27-28-də "Balaca kişilər" tamaşasının premyerası uğurla baş tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər