Sizin Reklam Burada

Pillə 2 Tələbə Tamaşaları Festivalı başa çatıb

Pillə 2 Tələbə Tamaşaları Festivalı başa çatıbAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə keçirilən “Pillə 2” Tələbə Tamaşaları Festivalı başa çatıb. Teatro.az sənət portalının informasiya dəstəyi, Sahib parfumery and Cosmetics və Ballı Bisi şirkətlərinin sponsorluğu ilə həyata keçirilən festival böyük marağa səbəb olub.

İyunun 9-da baş tutan bağlanış və mükafatlandırma mərasimində universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, media nümayəndələri və tələbələr iştirak ediblər.

Bağlanış və mükafatlandırma mərasimi aktyorluq ixtisası üzrə tələbələrin ifasında nümayiş olunan plastik kompozisiyası ilə başlayıb. Daha sonra festival günlərini əhatə edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu festivalı universitetin həyatında yeni inkişaf pilləsi adlandırıb. C.Mahmudova bu ilin Heydər Əliyevin anadan olmasının 100 illiyi, ADMİU-nun 100 illiyi, eyni zamanda Azərbaycan teatrının 150 illiyinin qeyd olunması münasibəti ilə əlamətdar il olduğunu da qeyd edib. Festival iştirakçılarını və qalibləri təbrik edən rektor tələbələrə yeni naliyyətlər arzulayıb.

Bağlanış və mükafatlandırma mərasiminin aparıcısı ADMİU-nun məzunu Abbasağa Əlizadə builki festivalı əlamətdar edən iki hadisəni - Bakı Dövlət Universitetinin “Yarımçıq qalmış” tamaşasının festival çərçivəsində nümayişini və Rusiyalı dramaturq Elena İsayevanın iştrakı ilə “Müasir dramaturgiya: mövzular və mənalar” adlı seminarını xüsusi vurğulayıb. Səhnəyə dəvət olunan dosent Vidadi Qafarov Bakı Dövlət Universitetinin kollektivini diplomlar, sertifikatlar və dəyərli hədiyyələrlə təltif edib.

Sonra festivalın təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri -professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, dosent Vidadi Qafarov, teatrşünas Elçin Cəfərov və digər çıxış edənlər iştirakçıları təbrik edərək, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Qeyd olunub ki, festivalda ADMİU-nun Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin doqquz diplom və kurs tamaşası nümayiş olunub. Tamaşalar tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə edilib. Gənc ekspertlər qrupuna müxtəlif kurslardan seçilmiş teatrşünas tələbələr Rəvan Abdullayev, Nigar Əsədova, Vüsalə İbrahimli, Nailə Qasımova, Fatimə Qurbanzadə, Aynur Əskərli, İlkin Tağıyev və Ramilə Abdullazadə daxildir.

Universitetin müəllimi, Ceyhun Dadaşovun öz qrupu ilə bağlanış mərasimi üçün hazırladığı nömrənin nümayişindən dərhal sonra qaliblərin mükafatlandırılması başlayıb. Festivalın qalibləri professorlar İsrafil İsrafilov, Məryəm Əlizadə, Aydın Talıbzadə, dosentlər Vidadi Qafarov, Fəridə Cəlilova, Elçin Cəfərov və müəllim Aliyə Dadaşovadan ibarət münsiflər heyətinin rəyi əsasında müəyyənləşdirilib.

Festivalın nəticələrinə görə Teatr sənəti fakültəsi, Dram teatrı və kino aktyoru ixtisaslaşması üzrə təhsil alan sonuncu kurs tələbələrinin Əməkdar artist Gülşad Baxşıyevanın rəhbərliyi ilə təqdim etdikləri “Nazirin xanımı” (B.Nuşiç) tamaşası Ən yaxşı tamaşa mükafatına layiq görülüb. Qaliblərə 1000 manat pul mükafatı, kubok, diplom və sponsorların dəyərli hədiyyələri təqdim edilib.

“Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafatı “Nazirin xanımı” tamaşasında Rista Todoroviç roluna görə Teatr sənəti fakültəsinin IV kurs tələbəsi Elməddin Zakirli qazanıb. Ən yaxşı qadın rolu nominasiyası üzrə mükafata “Cəhənnəm sakinləri” tamaşasında Qadın roluna görə Teatr sənəti fakültəsinin III kurs tələbəsi Nigar Mürsəlova layiq görülüb. Gənc ekspertlərin mükafatını isə A.Kamyunun “Yad” əsəri əsasında hazırlanmış tamaşa ilə SABAH qruplarının III kurs tələbələri qazanıblar. Ceyhun Dadaşovun kus rəhbəri, Xalq artist Mehriban Zəkinin aktyor sənəti müəlimi olduğu “sabahçılar” tələbə-teatrşünasların rəyinə görə festivalın ən yaxşı tamaşası seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər