Sizin Reklam Burada

Hindistan səfirliyi “Atəşgah” Məbədində yoqa sessiyası təşkil edib

Hindistan səfirliyi “Atəşgah” Məbədində yoqa sessiyası təşkil edibHindistanın Azərbaycandakı Səfirliyi 7 iyun 2023-cü il tarixində Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda ictimaiyyət üçün açıq yoqa sessiyası təşkil etməklə Hindistan və Azərbaycan arasında mədəni bağları bir daha vurğulayıb. Tədbirə yoqaya marağı olan 130-a yaxın iştirakçı qoşulub.

Tədbirdə Atəşgah Məbədi Qoruğunun direktoru cənab Rəşid Babai iştirak edib. Yoqa seansını tanınmış təlimatçı cənab Elçin Quliyev aparıb.

Solmaz Əsgərovanın füsunkar ifasında ənənəvi hind rəqsləri tədbirin mədəni çalarını daha da gücləndirib.

Hind qonaqpərvərliyinin əlaməti olaraq iştirakçılara yoqa seansından sonra müxtəlif ləzzətli hind qəlyanaltıları təklif olunub.

Bu yoqa sessiyası Beynəlxalq Yoqa Günü çərçivəsində keçirilən tədbirlərdən biri olub. Səfirlik yoqanın çoxsaylı faydalarını nümayiş etdirən və Hindistan və Azərbaycan arasında mədəni əlaqələri təşviq edən bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər