Sizin Reklam Burada

Avropa Yayım Birliyi İctimai TV ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Avropa Yayım Birliyi İctimai TV ilə əməkdaşlığı genişləndirmək niyyətindədirAvropa Yayım Birliyinin (EBU) nümayəndələri - Sasha Scott (EBU Media transformasiya xidmətinin rəhbəri) və Radka Betcheva (Mərkəzi və Şərqi Avropa üzvləri ilə əlaqələr şöbəsinin rəhbəri) Bakıya iki günlük səfər çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavinləri, əlaqəli struktur bölmə rəhbərləri ilə görüşlər zamanı EBU ilə mövcud və perspektiv əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Gələcəkdə təlim və inkişaf üçün təcrübə mübadilələrinin intensivləşdirilməsi, EBU komitələrində daha fəal təmsil olunmaq, mövcud korporativ idarəetmə sisteminin xüsusi nəzərdən keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Avropa Yayım Birliyinin nümayəndələri İTV-nin fəaliyyəti ilə daha yaxından tanış olub, Şirkətin ayrı-ayrı departamentlərinin işi ilə maraqlanıblar. Verilişlərin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını yüksək qiymətləndirən qonaqlar telekanalda korporativ idarəetməni, komandanın layihə və planları haqqında müsbət təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, İctimai televiziya və radio yayımları şirkəti 2007-ci ildən Avropa Yayım Birliyi (EBU)-nin üzvüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər