Sizin Reklam Burada

“Bu şəhərdə”nin səhnəciyi İranı çalxaladı - Video

“Bu şəhərdə”nin səhnəciyi İranı çalxaladı - Video“Bu şəhərdə” komandasının Heydər Əliyev sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb.

Kult.az xəbər verir ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb.

Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib.

İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.

“Tehran mediası səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq, tamaşaçılara yalan informasiyanın çatdırılmasında aktyorları günahlandırır.

Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-Bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər