Sizin Reklam Burada

“Balaca şahzadə” tamaşasının premyerası olub

“Balaca şahzadə” tamaşasının premyerası olubMüstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məşhur "Balaca şahzadə " əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnələşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba və Tohid Əzimdir.

“Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşada obrazları gənc aktyorlar - Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev ifa edirlər.

Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə qüssəli fikirlərdən uzaqlaşmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlib. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı qız var imiş. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.

Ekzüperinin əsas peşəsi təyyarəçilik olduğu üçün bu əsərini şəxsi həyat yolu əsasında yaradıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər