Sizin Reklam Burada

Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət

Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqətAzərbaycan Ağsaqqallar Şurası uzun illərdir bu qurumda çalışan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasibətilə kitab nəşr edib.

Şuradan AZƏRTAC-a bildirilib ki, “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbrikləri, o cümlədən Bayram Yusifovun ictimai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb.

Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, Əməkdar artist, müğənni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda toplanan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir.

Yeni nəşri vərəqlədikcə, burada Bayram Yusifov barədə qələmə alınan hər bir söz ürəkdən gələn, onu tanıyanların səmimi sevgisinin ifadə olunduğu sözdür, alicənab şəxsiyyətin əsl dostlarının, Azərbaycanın tərəqqisi, təntənəsi uğrunda yorulmadan mübarizə aparan vətənpərvər insanın fədakar fəaliyyətinin şahidi olan sədaqətli məsləkdaşlarının sözüdür, tükənməz enerji ilə məhsuldar fəaliyyətini davam etdirən müdrik ağsaqqalların, dəyərli ziyalıların sözüdür. Bəli, bu kitabla tanış olan hər bir kəs şahidi olacaqdır ki, həqiqətən də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun yaşadığı ömrün missiyası Vətənə, xalqa, dövlətə sədaqətdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər