Sizin Reklam Burada

ARB-nin yayımı 3 saatlıq DAYANDIRILIR

ARB-nin yayımı 3 saatlıq12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, iclasda qeyri-dəqiq reklam yayımı faktı ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şuraya daxil olmuş məktub və həmin məktuba əsasən həyata keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

Belə ki, 17 fevral 2023-cü il tarixində "ARB" televiziya redaksiyasının efirində nümayiş olunan teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında "Klinikamızda bütün xəstəliklərə çarə var" ifadəsinin işlədilməsi ilə qeyri-dəqiq reklama yol verilib.

Müzakirələrin yekunu olaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Reklam haqqında"Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının proqramlarının yayımının 16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək 3 (üç) saatlıq dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu qərarla bağlı qanunvericiliyin tələbini pozmuş yayımçıya məlumat verilib, habelə digər yayımçılara da bu məsələdə diqqətli olmaları tövsiyə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər