Sizin Reklam Burada

Mədəniyyət Nazirliyində yoxlama - Nöqsanlar aşkarlandı

Mədəniyyət Nazirliyində yoxlama - Nöqsanlar aşkarlandıHesablama Palatası 2022-ci ilin İş Planına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə audit aparıb, nöqsanlar aşkarlayıb.

Palataya istinadən xəbər veririk ki, satınalmaların planlaşdırılmaması və ya tələb olunan müddətlərdə planlaşdırılmaması funksional fəaliyyətin təmin olunması zamanı dövlət ehtiyaclarının rəqabətli mühitin formalaşması ilə ödənilməsi imkanlarını məhdudlaşdırıb, funksional fəaliyyətin icrası məqsədilə əvvəlcədən məlum istiqamətlər üzrə də satınalmaların vaxtında keçirilməməsi ilə nəticələnib.

2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub. Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib. Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmamış, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilib. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb. Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1240,0 min manat vəsait ödənişi həyata keçirilib ki, bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir.

Məlumatda qeyd olunbu ki, nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər