Sizin Reklam Burada

Rumınlar diplomatik əlaqələrin qurulması münasibətilə Bakıda konsert verib

Rumınlar diplomatik əlaqələrin qurulması münasibətilə Bakıda konsert veribAzərbaycan-Rumıniya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ilə bağlı rumıniyalı musiqiçilər Kapellhausda konsert verib.

Avrasiya.net xəbər verir ki, tədbiri açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare bu günkü konsertdən tamaşaçıların darıxmayacağını, böyük zövq alacağını və Rumın ruhunu hissə edəcəklərini vurğulayıb.

1918-ci ildə Böyük Rumıniya Birliyinin qurulmasının 104 illiyinə və 1992-ci ildə Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirdiyini xatırladan diplomat ölkəsinin tarixinə qısa nəzər salıb: "1 dekabr 1918-ci ildə Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması nəticəsində Rumıniyanın mərkəzində yerləşən Alba Yuliyada Ölkədən və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün Rumınların Böyük Birliyi elan edildi. Yüz illər sonra Rumınlar öz Unitar Milli Dövlətini - Rumıniyanı qurmağa nail oldu. Buna bənzər bir tarix yolunu azərbaycanlılar da keçib".

Onun sözlərinə görə, Azərbaycana səfir kimi gəlməzdən əvvəl, bundan əvvəlki səfirliyi dövrlərində də Rumıniyanın mədəniyyəti və sivilizasiyasını təşviq edib. Bir ildən çoxdur ki, Azərbaycanda olduğunu deyərək, ölkəmizdə də bu ənənəsini davam etdirmək niyyətində olduğunu qeyd edib: "Bu gün sizə şən əhval-ruhiyyəli bir gecə bəxş etmək istəyirəm. Və söz verirəm ki, siz də buna əmin olacaqsınız.

Sizə əsl konsert təqdim edəcəyik. Bu axşam sizlər üçün həm rumınların, həm də azərbaycanlıların ürəyincə olacaq səmimi bir mühit hazırlamışıq. Rumıniya Mədəniyyət İnstitutunun dəstəyi ilə, Şimali Rumıniyanın Maramureş əyalətindən məşhur bir virtuoz, instrumentalist solist Florin-Radu Ştefanı Bakıya dəvət etmişik və o, iki tərəfdaş sənətçinin müşayiəti ilə pan fleyta, lira, gitara və s. alətlərdə xalq və dünya müsiqilərindən ibarət bir performans təqdim edəcək. Bizi əfsanəvi qədim Rumıniya Transilvaniyasının əsl Rumıniya ruhu ilə tanış edəcəkdir. Bu musiqilərdə siz həmçinin Türk elementləri də tapa biləcəksiniz.

Belə ki, bildiyiniz kimi biz uzun illər Osmanlı İmperiyası ilə mübarizə aparmışıq. Bir fakti da qeyd etmək istərdim. Ağqoyunlu İmperiyasının Hökmdarı Uzun Həsən bizim hökmdar Böyük İvana Osmanlı İmperiyasına qarşı möhkəmlənmək üçün ittifaq qurmağı təklif edən bir məktub göndərib. Buna inana bilirsinizmi? Hər ikisi həm sizin, həm də bizim əcdadlarımız olublar".

"Bu yerdə, sizə bir neçə əsas məqamı da xatırlatmaq istədim. Birinci məqam ondan ibarətdir ki, 1991-ci ilin 11 dekabr tarixində Rumıniya (Türkiyədən sonra) Azərbaycan dövlətinin müstəqilliyini tanıyan birinci dövlət olub. İkinci demirəm, çünki, Türkiyə sizə qardaş dövlətdir. Ona görə də, biz birinci sayılırıq. İkinci məqam isə, 2009-cu ildə Azərbaycan ilə Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni təklif edən və bunu imzalayan ilk Aİ üzv dövləti olub ki, burada da biz birinci sayılırıq".

30 illik diplomatik münasibətlər dövründə, Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.

Rumınlar və azərbaycanlılar arasında güclü layihələr həyata keçirililib: Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub və SOCAR Rumıniyanın yanacaq bazarına daxil olaraq özünün ilk xarici nümayəndəliyini açıb; Bakıda dahi rumın bəstəkarı George Eneskunun abidəsinin açılışı olub; Bakıda Xarici Dillər Universitetində Rumın Dili, Mədəniyyəti və Sivilizasiyası Mərkəzi fəaliyyət göstərməkdədir və bu yaxınlarda İasi Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzi açılıb; Rumıniya və Azərbaycan ədəbiyyatı klassiklərinin şah əsərləri iki ölkədə tərcümə edilib; daimi olaraq müxtəlif mədəni mübadilələr aparılmaqdadır. Rumıniya həmçinin, Xəzər Dənizini Qara Dənizə birləşdirən Azərbaycan-Rumıniya enerji, qaz, nəqliyyat layihələrində, Orta Dəhliz üzərində çalışır.

Daha sonra Florin-Radu Ştefan, Petru Damşa və Mihail Petrut sizi öz musiqiləri ilə tamaşaçılar qarşısında çıxış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər