Sizin Reklam Burada

Misir ictimaiyyətinə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verilib

Misir ictimaiyyətinə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri barədə məlumat verilibMisirdə keçirilən 91 ölkədən din xadimləri və ilahiyyatçı alimlərin iştirakı ilə “Fətva və dayanıqlı inkişaf hədəfləri” mövzusunda VII Beynəlxalq Fətva Konfransı işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi təmsil edən Ümumdünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “Əl Hədəs Əl Youm”, “Rayetmısr”, “Rosaelyoussef” qəzet və portallarına müsahibəsində Azərbaycanda multikulturalizm və dini, etnik zəmində tolerantlıq ənənələrindən bəhs edib. O vurğulayıb ki, ölkəmizdə dini etiqad azadlıqları tam təmin olunub, müxtəlif dinlərə və məzhəblərə məxsus olan insanlar mehriban şəraitdə yaşayır, bir-birinin hüquqlarına hörmətlə yanaşırlar. Azərbaycanın paytaxtında və bölgələrdə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Bundan başqa, Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə erməni barbarların dağıtdıqları məscid və kilsələr, habelə İslam abidələri bərpa olunur. Qarabağa səfər edən misirli və digər ərəb ölkələrindən olan jurnalistlər bu prosesi yaxından izləyib və yerli KİV-də geniş məqalələrlə çıxış ediblər.

S.Nəsirov jurnalistlərə müsahibəsində Azərbaycan-Misir əlaqələrinin tarixindən, müasir inkişaf mərhələsindən də danışıb. O diqqətə çatdırıb ki, azərbaycanlı alimlər, şair və mütəfəkkirlər Yaxın Şərq, o cümlədən ərəb mədəniyyətinin inkişafına töhfələr veriblər. Bu, görkəmli ərəb tarixçilərinin əsərlərində də əksini tapıb. Eyni zamanda, bu gün Misir və Azərbaycan arasında mehriban dostluq əlaqələri, müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur.

Azərbaycanlı alim konfrans çərçivəsində müxtəlif ölkələrdən Qahirəyə gəlmiş din xadimləri və ilahiyyatçılarla keçirdiyi görüşlərdə də ölkəmizdə din və etiqad azadlığının təmin olunması, tolerantlıq barədə məlumat verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər