Sizin Reklam Burada

AYB-yə 203 min manat pul ayrıldı

AYB-yə 203 min manat pul ayrıldıMədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb.

Bu barədə Report-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb.

“Eyni zamanda, qeyd edirik ki, yaradıcılıq ittifaqlarının il ərzində fəaliyyətinin təmin olunması məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması aidiyyəti qurum tərəfindən həyata keçirilir.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının təşkili ilə bağlı oktyabrın 6-da 203,6 min manat vəsait birliyin hesabına köçürülüb”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, AYB-in qurultayının bu il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı. AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın dəqiq tarixinin açıqlanmamasını vəsait problemi ilə əlaqələndirmişdi:

“Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək".

Yazıçıların qurultayının oktyabrın sonunadək keçirilməsi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər