Sizin Reklam Burada

Ruhəngiz Qasımovanın son sözləri bu oldu – Canana Paşa

Ruhəngiz Qasımovanın son sözləri bu oldu – Canana PaşaAvqustun 14-də Honkonqa getdik. Əvvələr hər zaman gəlirdi, pandemiyaya görə iki il idi ki, gələ bilmirdi. Orada bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. O zaman anamın səhhəti pisləşdi. On günün içində anam vəfat etdi.

Bu sözləri bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani anasının ölümü haqda Teleqraf.com-a danışarkən bildirib.

Canana anasının xəstəliyi haqda bunları deyib:

“Bütün orqanları fəaliyyətini qəfil itirdi. Belə fikirə gəldik ki, anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Atamın vəfatından doqquz ay keçib. Anam ömrü boyu güclü insan olub. O istəsəydi, yaşaya bilərdi. Atam da Yasamal qəbiristanlığında dəfn olunub. Söhbət belə gedə bilməz ki, anam başqa yerdə dəfn olunsun. Honkonqda dəfn olunması mümkün deyildi. Tarixdə ilk dəfədir ki, azərbaycanlı Honkonqdan Azərbaycana dəfn olunmaq üçün gətirilib. Sənəd işləri çox çətin oldu, amma düzəldi. Anam Allah adamı idi. Heç kim inanmırdı ki, Honkonqda sənədlər düzələ və onun nəşi Bakıya gətirilə bilər”.

Bəstəkarın qızı "Son sözü nə oldu" sualına belə cavab verib:

“Dedi ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər