Sizin Reklam Burada

Niderlandda Ağdam haqqında yeni sənədli film layihəsi hazırlanıb

Niderlandda Ağdam haqqında yeni sənədli film layihəsi hazırlanıbKeçən ilin sentyabr (2021) ayından Birlikdə Güclüyük Fondu tərəfində təşkil olunmuş və həyata keçirilmiş yeni bir layihənin böyük bir hissəsi artıq başa çatdırılıb. Bu layihə Niderland Krallığında fəaliyyət göstərən Müharibə Heykayələri Fondu ilə birgə həyata keçirilib. Layihənin əsas məqsədi müharibənin fəsadlarını, özü ilə gətirdiyi fələkət və ağrıların əsil üzünü, həyatımıza etdiyi təsirlərini insanlara təqdim etməkdir. Əslində bu sənədli film müharibə sözünün arxasında hansı əzabların, travmaların olduğunu vurğulamağa çalışır və insanları sülhə dəvət etmək məqsədi daşıyır.
Sənədli filmdə Qarabağ münaqişəsi, Ağdam və Ağdamda doğulub boya-başa çatmış Birlikdə Güclüyük Fondunun təsisçisi İlkanə Qocanın müharibə haqqında xatirələri, qardaşı Teymur Yusifovun -ci Qarabağ müharibəsində vəhşicəsinə qətlə yetirilərək şəhid olması xəbəri haqqında kadrlar öz əksini tapır. Eləcədə belə bir ağır itkini yaşamış ailənin həyat yolundan qısaca da olsa bəhs olunur.

Müharibə Heykayələri Fondu daha çox kütləyə məlumat çatdırmaq üçün İlkanə Qoca tərəfindən Ağdamda toplanmış məlumatlar, çəkilmiş filmlər əsasında sənədli film və məqalə hazırlayıb və vebsaytında paylaşılıb. Müharibə Heykayələri Fondu dünyanın müxtəlif yerlərində müharibədə olmuş niderlandlılar haqqında filmlər çəkib yayımlayır. Bu fondun əməkdaşları eyni zamanda Niderland Krallığında fəaliyyət göstərən bir neçə televiziya kanalları ilə də əməkdaşlıq edirlər.
Əsasən Holland dilində olan bu vebsaytın hal-hazırda ildə dünyanın hər yerindən 90.000-dən çox izləyicisi vardır.

İlkanə Qoca haqqında və Ağdamın viranə qalmış həqiqqətlərini əks etdirən sənədli film də olayn izlənə bilir. Qeyd edək ki, bu Niderland mediasında Ağdam həqiqqətlərini nümayiş etdirən ilk sənədli filmdir.
https://oorlogsverhalen.com/oorlogsverhalen/ilkana-yusifova-van-den-berg/

Hal-hazırda Azərbaycan da bu vebsaytda olan ölkələr siyahısına daxil edilib.

https://oorlogsverhalen.com/landen/
Sənədli filmin hazırlanması üçün İlkanə Qoca iki dəfə Ağdama səfər edib. Bu səfərin təşkil olunmasında, viran qalmış ata-baba yurdunun qalıqlarının tapılmasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş xüsusi nümayəndəliyin rəhbəri Emin Hüseynovun və nümayəndəliyin əməkdaşlarının böyük dəstəyi olub. Bunun üçün Birlikdə Güclüyük Fondu və İlkanə Qoca Emin Huseynova və adı gedən nümayəndəliyin əməyi keçən cəsur əməkdaşlarına dərin təşəkkürünü bildirirlər.

Hamımızın bildiyi kimi minalanmış bu ərazilərə səyyahət etmək çox çətindir. Qarabağ nümayəndəliyinin dəstəyi olmadan bu layihə mümkün olmayacaqdı.

Layihə bu günə qədər yalnız Birlikdə Güclüyük Fondunun təsisçiləri tərəfindən öz maddı hesabı sayəsində həyata keçirilib.

Sənədli filmin, məqalənin tərcüməsini və məqalənin Holland dilində olan linkini də təqdim edirik.

Müharibə Heykayələri Fondu
Link: https://oorlogsverhalen.com/oorlogsverhalen/ilkana-yusifova-van-den-berg/

İlkanə Yusifova-van den Berqin müharəbə haqqında hekayəsi. O, Azərbaycanda böyüyüb, Niderland Krallığında yaşayır.

İlkanə holland vətəndaşlığını qəbul edib, holland ilə ailə qurub və onların 3 övladı var. Hər ikisi Hollandiyada işləyir. Bu sənədli filmdə İlkanə Ermənistan və Azərbaycan sərhəddinə yaxın olan Dağlıq Qarabağ ərazisində müharibə zamanı və ondan sonrakı həyat təcrübələrindən və müharibənin törətdiyi fəsadlardan bəhs edir.

Azərbaycan Hollandiyadan 4000 kilometrdən çox məsafədə yerləşir. Ermənistanla sərhəd bölgədə 1990-cı ildən müharibə gedir. Ağdam sərhədə yaxında yerləşir.

İlkana Yusifova-van den Berq Ağdamda böyüyüb. Onun müharibədən əvvəl Ağdamda keçirdiyi, hamının bir-biri ilə harmoniya içində yaşadığı xoşbəxt uşaqlıq illərindən gözəl xatirələri var. Ermənistanla müharibədə Ağdam şəhəri demək olar ki, tamamilə dağıdılıb.

Dağlıq Qarabağ

1988-ci ildən Dağlıq Qarabağdakı ermənilər Ermənistan kimi hələ də Sovet İttifaqının tərkibində olan Azərbaycana açıq şəkildə qarşı çıxırlar. Onlar bundan sonra Ermənistanın bir hissəsi olmaq istəyirlər.
Keçən əsrin səksəninci illərin sonunda Sovet İttifaqı yavaş-yavaş dağılanda Dağlıq Qarabağ regional parlamenti Ermənistana birləşməyə səs verir. Azərbaycan isə bunun əleyhinədir, Ermənistan separatçıları dəstəkləyir.

Müharibə

1991-ci ildə həm Azərbaycan, həm də Ermənistan müstəqil dövlət olduqdan sonra iki ölkə arasında Dağlıq Qarabağ üzərində qəti nəzarət məqsədi ilə müharibə başlayır. Dağlıq Qarabağın Suşa şəhəri 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib, daha sonra azərbaycanlılardan etnik təmizlənir. Amma Azərbaycanın sərhəddinin o tayında yerləşən Ağdamda da sakinlərin də həyatları təhlükədədir.

Ağır döyüşlər

Dinc əhali də daxil olmaqla, minlərlə insanın həlak olduğu getdikcə şiddətli döyüşlər gedir. Evlər, şəhərlər dağıdılır, qaçqın axını başlayır.
1994-cü il aprelin 18-də İlkanənin qardaşı Teymur Azərbaycan ordusuna məcburi hərbi xidmətə getdikdən az sonra itkin düşür.

Ata - baba yurduna dönüş

İlkanə 2020-ci ildə Ağdama geri qayıdır. Lakin o, müharibə nəticəsində viranə qalmış bir şəhəri görür.Qalıqlar bir zamanlar Azərbaycanın incilərindən biri olan bu şəhərin kədərli mənzərəsini yaradır. 2022-ci ilin yazında İlkanə ikinci dəfə Ağdamdakı ata yurduna qayıdır, bu dəfə isə orada keçmişinin izlərini tapmaq ümidi ilə.

Qardaşı haqqında eşitdikləri xəbərlər

İlkanə və valideynləri Teymurun başına gələnləri öyrənmək üçün heç bir vəsait əsirgəmirlər. Yalnız 2022-ci ildə - 28 il sonra - İlkanə 1994-cü il aprelin 18-də qardaşı ilə birlikdə döyüşlərdə olan iki nəfəri tapır. Bu qardaşının itkin düşdüyü gündür. Lakin silahdaşları onun öldürüldüyünü deyirlər. Amma öldürüldüyü yer minalarla dolu olduğundan, bu minalar İlkanənin qardaşının şəhid olduğu yerə getməsinə mane olur.

Məqsəd

Sənədli filmin sonunda İlkanə bizə bir mesaj verir:
"Tarixdən dərs götürə bilərikmi? Əsas məsələ də budur. Nə pislik, nə də yaxşılıq yoxdur. Bu, bir həyat təcrübəsidir. Müharibədən aldığımız travmalar ilə necə davranacayıq? Olanları necə dayandıracayıq?
Biz travmanı mədəniyyətə çevirmək istəyirikmi? Yoxsa travmanı dayandırıb travmasız yeni mədəniyyət yaratmaq istəyirik?

Mənim məqsədim budur!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər