“Əziz Şuşa, sən azadsan!” mövzusunda şeir müsabiqəsi keçirilib
Yeniyetmə və gənclər arasında “Şuşa ili”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan!” mövzusunda şeir müsabiqəsi keçirilib.
Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektoru və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 20-də Mədəniyyət Evində baş tutan müsabiqədə 60-dan çox yeniyetmə və gənc iştirak edib. Tədbirin açılış mərasimində müsabiqə haqqında iştirakçılara məlumat verilib.
Qeyd olunub ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasına təkan verilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, onların şeirə marağının artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olunması, xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması məqsədi daşıyır.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə yeniyetmələr arasında şəhər 3 saylı tam orta məktəbin şagirdi Xoşbəxt Muradlı birinci, şəhər 2 saylı tam orta məktəbin şagirdi Hüseyn Əliyev ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Nuray Bayramova üçüncü yeri tutub. Gənclər arasında isə şəhər 6 saylı məktəb-liseyin şagirdi Ləman Babayeva birinci, İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın şagirdi Nabat Səmədova ikinci, Balaca Həmyə kənd tam orta məktəbin şagirdi Nərmin Şərifova üçüncü olub.
Şəhər 2 saylı tam orta məktəbin şagirdləri Fatimə Ağayeva və Əli İbrahimov, şəhər 4 saylı tam orta məktəbin şagirdi Nigar Cabbarova, şəhər 5 saylı tam orta məktəbin şagirdləri Nərmin Eyvazova və Gülvər Süleymanova, şəhər 6 saylı məktəb-liseyin şagirdi Nuray Ağarəşidova isə həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqədə yer tutan və fərqlənən iştirakçılara fəxri fərmanlar təqdim edilib.
#Şuşaİli #Şuşa2022 #VətənMüharibəsi #Zəfər #QarabağAzərbaycandır #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman