star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Aqşin Fatehlə şəriki arasında dava: bir qız xəsarət aldı

Aqşin Fatehlə şəriki arasında dava: bir qız xəsarət aldıTanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verib.

Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.

Məlumata görə, A.Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.

Aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.

Aprelin 17-də isə A.Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib.

Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A.Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib.

Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.

Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.

Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.

Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər