Sizin Reklam Burada

İradə Əlilinin yeni uğuru

İradə Əlilinin yeni uğuruNərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin ( Əliyeva) müəllifi olduğu “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” və “Xocalı Şahidlər danışır” adlı kitablarının təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimini giriş sözü ilə açan Nərimanov rayon MKS-nin direktoru Vəfa Quliyeva qonaqları salamlayaraq onların hər birinə iştirak üçün öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən tədbirin aparıcısı və kitabxananın əməkdaşı Ülkər Zeynalova şairənin yaradıcılığı və təqdim olunan kitablar haqqında ətraflı məlumat verdi

Təqdimatda çıxış edən “Zəfər yolu” kitabının “Ön söz” müəllifi, Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və Təhsil komitələrinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz canları bahasına Vətən torpaqlarını işğaldan azad etdi. Bu amal uğrunda şəhadətə yüksələn qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq: “Vətən müharibəsindən sonrakı dövrdə qarşımızda duran mühüm vəzifələrdən biri Qələbəmizi daha da möhkəmləndirmək, eləcə də tarixi Zəfərimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Biz bu gün çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraraq erməni vəhşiliyini ifşa edək. Bu baxımdan, belə əsərlərin ərsəyə gəlməsi çox önəmlidir. Diqqətçəkən mühüm amil ondan ibarətdir ki, bu kitab təkcə Azərbaycan dilində deyil, həm də ingilis dilindədir. Yəni, bu gün ən mühüm məsələlərdən biri də odur ki, ingilis, fransız, ərəb və digər dillərdə də belə kitablar nəşr olunsun. Hesab edirəm ki, bu, bizim haqq işimizin təbliğinə dünya ictimaiyyətinə çatdırılması növbəti mühüm töhfə olacaq.”

Milli Məclisin Əmək və sosial siyasət komitələrinin üzvü, millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu kitablar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edir: “Kitabları oxuyan hər kəs Zəfər tariximizi daha yaxından öyrənəcək, həmçinin onlarda tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağın artırılmasına düzgün yanaşma tərzi formalaşacaq. Bu kitablar gələcək nəslin ölkənin keşməkeşli tarixi keçmişini öyrənməsi, onlarda Vətənə sevgi və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayacaq.”

Çıxış edən İraq Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsinin rəisi Hudayfa Ziyad Mahmud tədbirdə iştirakından məmnunluğunu dilə gətirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən söz açdı. Vurğuladı ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqların işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Zəfər Günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir. Bu kitablar vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür. Belə nəşrlərin olması gələcək üçün də parlaq bir töhfədir. Bu kitabın nəşrə hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edirəm.”

Tədbir zamanı 25 saylı tam orta məktəbin 5 b sinif şagirdi Şəfiqə Kərimli İradə xanımın şeirlərindən səsləndirdi, Milli konservatoriyanın tələbəsi Primov Asim tarda “Alagözlüm” mahnısını ifa etdi və təqdim edilən kitablar haqqında videoçarx nümayiş etdirildi.

Kitabların müəllifi “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, AMEA-nın dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili bildirdi ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur: “Təbii ki, indi informasiya silahından daha çox istifadə etmək lazımdır. Biz də Azərbaycan vətəndaşı, ziyalı olaraq tarixi gerçəklikləri dünya ictimaiyyətinə tanıtmalı və bu yönümdə zəruri tədbirlər həyata keçirməliyik. Müəllifi olduğum 14 kitabdan 8-i Qarabağla bağlıdır. Fikrimcə, mənim kitablarım az da olsa Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verəcək. Kitablarım bir neçə xarici dildə tərcümə olunub. Bu, o deməkdir ki, xarici dövlətlərin vətəndaşları da tariximizin gerçəkliklərini müxtəlif dildə oxuyacaq və biləcəklər.”

Tədbir zamanı 25 saylı tam orta məktəbin 5 b sinif şagirdi Şəfiqə Kərimli İradə xanımın şeirlərindən bir parça səsləndirib, Milli konservatoriyanın tələbəsi Primov Asim tarda “Alagözlüm” mahnısını ifa etdi və təqdim edilən kitablar haqqında videoçarx nümayiş etdirilib.

İ.Əlili tədbirin təşkilinə görə Nərimanov rayon MKS-nin rəhbərliyinə öz minnətdarlığını bildirib və kitabların çapında əməyi keçən hər bir şəxsə təşəkkürünü çatdırıb.

“Laçın Həsrətim” kitabının həmmüəllifi yazıçı Sevinc İbrahimova qeyd edib ki, İradə xanım Qarabağa və qarabağlılara xüsusi dəyər verir. Heç bir maddi-mənəvi dəstək olmadan Qarabağ həqiqətlərindən bəhs edən kitabları öz hesabına kitab nəşr etdirib: “Bütün qarabağlılar, xüsusilə də laçınlılar adından İradə xanıma dərin minnətdarlığımı bildirirəm. İnşallah ki, bundan sonra yazılan bütün kitablarımız Zəfər soraqlı olar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”

“Zəfər Yolu” kitabının həmmüəllifi, “Baku News” internet televiziyasının aparıcısı, jurnalist Vüqar Şahinoğlu bildirib ki, kitabın yazılmasında məqsəd 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizi müxtəlif dillərdə bütün dünyaya çatdırmaqdır. Bu kitab Azərbaycan və ingilis dillərinə tərcümə olunub. Türkiyə türkcəsi üzərində tərcümə işləri artıq yekunlaşmaq üzrədir. Gələcəkdə kitabın daha bir neçə xarici dillərə tərcümə edilməsi nəzərdə tutulur.

V.Şahinoğlu diqqətə çatdırıb ki, bu kitabda əsasən cənab Prezident İlham Əliyevin İkinci Qarabağ savaşına qədər və postmüharibə dövründə etdiyi çıxışlar və xalqa müraciətləri öz əksini tapmışdır. Eyni zamanda, Qarabağdan olan ictimaiyyət, media nümayəndələrinin və digər peşə sahiblərinin Qələbə ruhunda yazılmış fikirləri də öz əksini tapıb.

Həmçinin mərasimdə Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm Bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani , Kiyev Azərbaycanlıları Konqresinin Gənclər sektorunun əməkdaşı Möminə Xatun Səttərova, "Vəfa" sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri Fatimə Hacıyeva, Həcər Abbasqızı, Könül Məmmədzadə çıxış edərək kitabların mövzu baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər