Sizin Reklam Burada

AzTV “Quruluş: Osman”ı yayımlayacaq

AzTV “Quruluş: Osman”ı yayımlayacaq“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayımlandığı gündən Türkiyə seriallarının reytinq siyahısında birinci olan daha bir tarixi serialı – “Quruluş: Osman”ı yayımlayacaq.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bozdağ film”in istehsalı olan serialın yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb.

Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj olunacaq. “Quruluş: Osman”ın AzTV-də sentyabr ayından yayımlanması planlaşdırılır.
“Quruluş: Osman” serialı hazırda Türkiyənin “ATV” kanalında nümayiş etdirilir və efirə verildiyi gündən reytinqdə ilk pillədə qərarlaşıb. Əksər vaxtlarda 10 və yuxarı reytinq alır.

Ssenarisi Mehmet Bozdağa aid olan serialda tanınmış aktyorlar – Burak Özçivit, Yıldız Çağrı Atiksoy və digərləri rol alıblar.

“Quruluş: Osman” serialı hazırda AzTV-də yayımlanan “Diriliş: Ərtoğrul” serialının davamıdır.

Serial Ərtoğrul qazinin oğlu, Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın həyatından bəhs edir. Onun keşməkeşli həyat və döyüş yolu, imperiyanın qurulması istiqamətində fədakarlığı serialda tarixi hadisələrə əsaslanaraq bədii formada nümayiş olunur.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dünyanın müxtəlif ölkələrinin media qurumları ilə əlaqələr qurmağa davam edir. Hazırda Pakistan, Serbiya, İran media qurumları ilə qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparılır və memorandumlar imzalanır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər