Müğənninin nəvələri eks-gəlininə VERİLDİ
Dərc olunub:
25-01-2022, 14:58
Bu gün Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı çəkişmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Əməkdar artistin eks-gəlini bu barədə "Instagram" səhifəsində paylaşım edib.
“Balalarımın üçünü də mənə qaytardılar. Ədalətli qərar oldu. Sabahkı ad günümün ən böyük hədiyyədir", - deyə Canana paylaşımda bildirib.
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb və uşaqlar anadan alınaraq ataya verilmişdi.