Sizin Reklam Burada

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib13 yanvar 2022-ci il tarixində Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib.

Sərginin keçirilməsində məqsəd, Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşünü, şanlı qələbəsini, işğaldan azad olunmuş şəhərlərini, kəndlərini uşaqlara və gənc nəsilə tanıtmaq, həmçinin onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedadlarını üzə çıxarmaqdan ibarətdir.

Mərkəzin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvlərinin 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar, “Mədəniyyətimizin incisi Şuşa” devizi altında çəkdikləri 60-a yaxın rəsm işi sərgidə nümayiş etdirilib.
Öncə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və Mərkəzin direktoru Əminə xanım Musayeva Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak edərək müxtəlif nailiyyətlər əldə edən dərnək üzvlərinin çəkdikləri rəsmlərlə yaxından sonra tanış oldular və ölkəmizin qazandığı qələbəni rəsmə çevirən uşaq və yeniyetmələrə uğurlar arzuladılar.

Daha sonra Vüqar Rəhimzadə Əminə xanım Musayevaya “Mədəniyyətimizin incisi Şuşa” rəsm sərgisinin təşklində fəal iştirakına görə rayon təşkilatının Fəxri fərmanını təqdim edib.
Sərgidə "Vokal" qrupu "Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə "Təbəssüm" rəqs qrupu isə “Qarabağım” və “Sarı gəlin” rəqsləriylə çıxış edərək qonaqların böyük marağına səbəb oldu.

Sonda “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvləri Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak etdiklərinə görə Təşəkkürnamə ilə mükafatlandırıldılar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər